Xəbərlər


Pauerliftinqçilərimiz çempionatdan qalib ayrılıblar

AAAF Park yaşayış kompleksinin idman zalında pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib. Respublikanın şəhər və rayonlarını təmsil edən 8 idman klubundan 138 idmançı bu yarışda güclərini sınayıblar.

"Neftçi İdman Klubu” çempionatda iki idmançı ilə çıxış edib. Ağır atletlərimizdəm 60 kq çəkidə gücünü sınayan Elmir Tarverdiyev xüsusilə fərqlənib. Üç hərəkətin cəmində 485 kq nəticə ilə birinci yerə layiq görülən idmançımız oturub-durma hərəkətində 170 kq, sinədən tədricən qaldırmada 100 kq və yerdən dartma cəhdində isə 215 kq nəticə göstərərək qızıl medala sahib olub. 60 kq çəkidə çıxış edən idmançımız sifariş etdiyi dördüncü yanaşmada yeniliyə imza atıb. Belə ki, 235 kq ağırlığın öhdəsindən gələn Elmir Tarverdiyev Azərbaycan rekordunu yeniləyib.

Xatırladaq ki, 2011-ci ildə respublika çempionatında da keçmiş rekord (232.5 kq) məhz bu idmançımıza məxsus idi.

Digər idmançımız Gündüz Məmmədov (90 kq) da keçirilən bu yarışın qaliblərindəndir. Ağır atletimiz üç hərəkətin cəmində 710 kq çəkinin öhdəsindən gələrək çempion adını qazanmışdır. Klubun idmançısı hər üç yanaşmada – oturub-durma hərəkətində 260 kq, sinədən tədricən sıxma 170 kq və yerdən dartma hərəkətində 280 kq çəkinin öhdəsindən gələrək fəxri kürsünün birinci pilləsinə qalxıb.
Pauerliftinqçilərimiz çempionatdan qalib ayrılıblarPauerliftinqçilərimiz çempionatdan qalib ayrılıblar