Xəbərlər


“Böyük dəbilqə”dən daha iki medal

Xəbər verdiyimiz kimi, martın 10-da Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turniri start götürüb.

31 ölkədən 183 idmançının qatıldığı yarışın ikinci günündə "Neftçi İdman Klubu”nun cüdoçuları daha iki medala sahib olublar. Klubun yetirmələrindən 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov bürünc medal uğrunda Gürcüstan təmsilçisi Laşa Şavdatuaşvilini məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xanım idmançılarımızdan isə ölkəmizi 63 kq çəkidə təmsil edən Xanım Hüseynova üçüncü yer uğrunda həlledici görüşdə klubun digər yetirməsi Gülsədəf Kərimova ilə üz-üzə gəlib. Bu qarşılaşmada Xanım Hüseynova daha inamlı təsir bağışlayıb və "Böyük dəbilqə” turnirinin bürünc medalını qazanıb.

Xatırladaq ki, yarışın birinci günündə klubun cüdoçusu Orxan Səfərov (60 kq) da bürünc medala yiyələnmişdi.

“Böyük dəbilqə”dən daha iki medal“Böyük dəbilqə”dən daha iki medal