Xəbərlər


Yunan-Roma güləşçilərimiz İstanbuldan 3 medalla dönürlər

İstanbulda Vehbi Emre və Hamid Kaplanın xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnirə yekun vurulub.

Azərbaycan pəhləvanları yarışda əzmlə mübarizə apararaq 3 medal (1 gümüş, 2 bürünc) qazanıblar. Sevindirici haldır ki, mükafata layiq yer tutmuş güləşçilərin hər üçü "Neftçi İdman Klubu”nun yetirmələridir. Turnirdə 85 kq çəki dərəcəsində çıxış edən İslam Abbasov finaladək irəliləməyi bacarıb. Lakin idmançımız həlledici görüşdə rəqibinə məğlub olub və gümüş medala yiyələnib. Klubun digər yetirmələri Murad Məmmədov (59 kq) və Həsən Əliyev (75 kq) isə turnirin bürünc medallarını qazanıblar.

Qeyd edək ki, komanda hesabında Azərbaycan yığması üçüncü yeri tutub.