Xəbərlər


Samir Cəbrayılovdan daha bir uğurlu nəticə

"Neftçi İdman Klubu”nun təmsilçisi Samir Cəbrayılov İtaliyada təşkil olunan 2.2 kateqoriyalı "Gino della Regione Friuli Venezia Giulia” veloyürüşündə qüvvəsini sınayıb. Yarışın sonuncu, 3-cü mərhələsində 168 km məsafəni 3 saat 56 dəqiqə 10 saniyəyə qət edən idmançımız bürünc medala layiq görülüb.

Xatırladaq ki, Samir Cəbrayılov bugünlərdə Respublika Velotrekində keçirilmiş velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatında kişilərin xalla qrup ötüşməsində qızıl medal qazanmışdı.