Xəbərlər


Cüdoçularımız Avropa kubokunun qalibi oldular

Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə cüdoçuların Avropa kuboku başa çatıb.

18 ölkədən 362 idmançının (218 oğlan, 144 qız) qalib adı uğrunda yarışdığı turnirdə Azərbaycan yığması 4 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq, komanda hesabında 2-ci yeri tutub.

"Neftçi İdman Klubu”nun millinin heyətində təmsil olunan yeniyetmə cüdoçularından 50 kq çəki dərəcəsində mübarizə aparan Əli Əsgərli və Knyaz Mahmudlu (66 kq) bütün görüşlərdən qalib ayrılıblar və Avropa kubokunun qızıl medalına sahib olublar.