Xəbərlər


“Qaradağ Lökbatan”dan növbəti qələbə

Futbol üzrə Azərbaycan I Divizionunda XVIII turun oyunları keçirilir.

"Qaradağ Lökbatan” bu turda "Şərurspor”un qonağı olub. "Bakı” Futbol Klubu təlim-məşq bazasının stadionunda baş tutan qarşılaşmada gərgin mübarizə müşahidə olunub. Rəqibindən daha üstün oyun nümayiş etdirən komandamız matçı 4:2 hesablı qələbə ilə başa vurub. Rəqib qapısından topları Sabir Allahquliyev, Tural Rzayev (2) və Rüfət Məmmədov keçiriblər.

Qeyd edək ki, növbəti qələbəsi sayəsində xallarının sayını 34-ə çatdıran "Qaradağ Lökbatan” komandası turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.