Xəbərlər


Kişi voleybolçular arasında Azərbaycan çempionatı davam edir

Kişi voleybolçular arasında Azərbaycan çempionatının III dövrəsi davam edir.

Bu dövrədə də uğurlu çıxışını davam etdirən "Neftçi İdman Klubu”nun komandası növbəti qələbəsini qazanıb. Bu gün keçirilən qarşılaşmada voleybolçularımız "Naxçıvan” komandasını 3:1 hesabı ilə məğlub edərək liderliyini davam etdirir.

Xatırladaq ki, komandamız fevralın 27-də MOİK-ə, 28-də isə "Nəqliyyatçı” komandasına 3:0 hesabı ilə qalib gəlmişdi.