Xəbərlər


Güllə atıcılarımız Trabzonda

Türkiyənin Trabzon şəhərində "Neftçi İdman Klubu” və "Nişantaşı” Klubunun gənc güllə atıcıları arasında dostluq görüşü keçirilib. İdmançılarımızın üstünlüyü şəraitində keçən yarışda qızlar arasında bütün mükafata layiq yerləri klubumuzun yetirmələri tutublar. Onlardan Lalə Mirzəzadə 370 xal toplayaraq liderliyə yüksəlib. Zeynəb Abasova (358 xal) 2-ci, Fatimə Rzayeva (310 xal) isə 3-cü yerə çıxıb.

Oğlanların yarışında atıcımız Elvin Astanov 558 xalla qalib adını qazanıb. Vladislav Kalmıkov isə 542 xallıq nəticə ilə yoldaşlıq görüşünü 3-cü yerdə tamamlayıb.
Güllə atıcılarımız TrabzondaGüllə atıcılarımız Trabzonda