Xəbərlər


Boksçularımızdan 5 medal

Gənclər arasında boks üzrə respublika birinciliyi sona yetib. Azərbaycan Boks Mərkəzində keçirilən yarışda 10 çəki dərəcəsi üzrə 160 dəri əlcək ustası qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nun boksçuları ölkə birinciliyinin 5 medalını (1 qızıl, 1 gümüş, 3 bürünc) qazanıblar və komanda hesabında 3-cü yerə çıxıblar. İdmançılarımızdan 49 kq çəki dərəcəsində mübarizə aparan Əflatun Babayev bütün döyüşləri qələbə ilə yekunlaşdıraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Orxan Həsənov (56 kq) gümüş medala sahib olub. Mirmehdi Mehdizadə (49 kq), Amil İlyasov (52 kq) və Rəcəb Niftəliyev (81 kq) isə yarışdan bürünc medalla ayrılıblar.