Xəbərlər


Atıcımız Ruslan Lunyov dünya kubokunun bürünc medalını qazandı

Hindistanın paytaxtı Dehlidə güllə atıcılığı üzrə dünya kuboku yarışları davam edir.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan təmsilçisi Ruslan Lunyov 25 metr məsafəyə atəşaçma yarışlarında bürünc medala yiyələnib. Güllə atıcımız təsnifat mərhələsində 579, finalda isə 23 xal toplayaraq bu uğura nail olub.

Qeyd edək ki, martın 2-dək davam edəcək turnirdə Ruslan Lunyov 10 metr məsafəyə atəşaçma yarışlarında da mübarizə aparacaq.