Xəbərlər


Yenə 3 qol, yenə 3 xal

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda 14-cü turun təxirə salınmış oyunlarına start verilib.

Bu tur çərçivəsində "Qaradağ Lökbatan” Qazaxda "Göyəzən” komandasının qonağı olub. Qazax şəhər stadionunda keçirilən oyunda komandamız özünü heç də qonaq kimi aparmayıb. Qarşılaşma əvvəldən axıra qədər futbolçularımızın diqtəsi altında keçib. İlk dəqiqələrdən hücuma atılan və rəqibi daim təzyiq altında saxlayan Azər Bağırovun yetirmələri artıq 15-ci dəqiqədə Rüfət Məmmədovun ifasında qola imza atıblar. Cəmi iki dəqiqə sonra bu futbolçumuz özünün və komandasının ikinci qolunu vuraraq dubl edib – 2:0. Komandalar fasiləyə elə bu hesabla yollanıblar. Matçın 78-ci dəqiqəsində "Qaradağ Lökbatan” növbəti hücumu sayəsində rəqibini üçüncü dəfə cəzalandırıb. Bu dəfə Əliağa Xudiyev adını tabloya yazdırıb. Beləliklə, komandamız səfərdə "Göyəzən”i 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Xatırladaq ki, ötən həftə keçirdiyi qarşılaşmada təmsilçimiz "Ağsu” komandasına da 3:0 hesabı ilə qalib gəlmişdi.
Yenə 3 qol, yenə 3 xalYenə 3 qol, yenə 3 xalYenə 3 qol, yenə 3 xalYenə 3 qol, yenə 3 xalYenə 3 qol, yenə 3 xalYenə 3 qol, yenə 3 xal