Xəbərlər


“Neftçi İdman Klubu” stolüstü tennis turniri keçirdi

"Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında stolüstü tennis turniri keçirib. Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində təşkil olunan yarışda Heydər Əliyev adına Neft Emalı Zavodu, "Qaz İxrac İdarəsi, "28 May” NQÇİ, Nəqliyyat İdarəsi, Ə.Əmirov adına NQÇİ, "Neftqaztikinti” Tresti və H.Z.Tağıyev adına NQÇİ-nin komandaları iştirak ediblər.

Turnirin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin stolüstü tennis idman növünə daha geniş cəlb olunması, neftçilərin asudə vaxtlarının səmərəli təşkili, onlar arasında dostluq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi, eləcə də respublika spartakiadasında təmsil olunmaq üçün yığma komandanın müəyyən olunması idi.

İki gün davam edən yarışda Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası turnirin qalibi adını qazanıb. "Qaz İxrac” İdarəsi 2-ci, Nəqliyyat İdarəsinin komandası isə 3-cü yeri tutub.

Qalib və mükafatçılara "Neftçi İdman Klubu” İB tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunub.
“Neftçi İdman Klubu” stolüstü tennis turniri keçirdi“Neftçi İdman Klubu” stolüstü tennis turniri keçirdi