Xəbərlər


Xocalı faciəsindən 25 il ötür

Xocalı faciəsindən 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin bilavasitə iştirakı ilə Xocalı soyqırımını həyata keçirdi. Bu qətliam XX əsrin bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrindən biridir. Soydaşlarımıza qarşı misli görünməmiş qəddarlıqla törədilən Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. O cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralananlardan 76-sı uşaq idi. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!