Xəbərlər


Güləş üzrə respublika birinciliyi davam edir

Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə respublika birinciliyi davam edir.

1997-1999-cu illər təvəllüdlü idmançılar arasında təşkil olunan yarışda öncə sərbəst güləşçilər xalça üzərinə çıxıblar. Paytaxt və bölgələrdən 205 pəhləvanın qalib adı uğrunda yarışdığı birincilikdə artıq qaliblərin adı müəyyənləşib.

"Neftçi İdman Klubu”nun sərbəst güləşçilərindən yeddisi mükafata layiq yerlər tutublar. Onlardan 66 kq çəki dərəcəsində mübarizə aparan Füzuli Hüseynov və Rəşad Yusifli (74 kq) rəqib tanımayaraq yarışın qalibi adını qazanıblar. Yalnız final görüşündə məğlubiyyətə uğrayan İntiqam Vəliyev (55 kq) və Sabutay Əmişov (60 kq) gümüş medala layiq görülüblər. Tural Hüseynov (55 kq), Qüdrət Ağayev (66 kq) və İqbal Hacızadə (125 kq) isə ölkə birinciliyini üçüncü yerdə tamamlayıblar.

Qeyd edək ki, gənc yunan-Roma güləşçiləri arasında keçirilən yarışa bu gün yekun vurulacaq.