Xəbərlər


“Qaradağ Lökbatan” 3 xalı 3 qolla qazandı

Futbol üzrə Azərbaycan I Divizionunda 17-ci turun oyunları keçirilir.

"Qaradağ Lökbatan” Qaradağ Təlim-İdman Bazasının stadionunda Ağsu rayonunun eyniadlı komandasını qəbul edib. Qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 10-cu dəqiqədə Əliqulu Mənəfov hesabı açıb. Oyunun "Qaradağ Lökbatan”ın üstünlüyü şəraitində keçməsi birinci hissənin sonunda öz bəhrəsini verib. Belə ki, Əliqulu Mənəfov özünün və komandasının ikinci qolunu vuraraq (45+1) dubla imza atıb – 2:0. Matçın 87-ci dəqiqəsində futbolçularımız rəqibi üçüncü dəfə meydanın mərkəzinə dəvət ediblər. "Ağsu” komandasının qapısına təyin olunan penaltini Rüfət Məmmədov dəqiq yerinə yetirib. Beləliklə, "Qaradağ Lökbatan” 3 xalı 3 qolla qazanıb.
“Qaradağ Lökbatan” 3 xalı 3 qolla qazandı“Qaradağ Lökbatan” 3 xalı 3 qolla qazandı“Qaradağ Lökbatan” 3 xalı 3 qolla qazandı“Qaradağ Lökbatan” 3 xalı 3 qolla qazandı“Qaradağ Lökbatan” 3 xalı 3 qolla qazandı“Qaradağ Lökbatan” 3 xalı 3 qolla qazandı