Xəbərlər


Tural Səfquliyev Avropa ikincisi oldu

İtaliyanın paytaxtı Romada kişilər arasında cüdo üzrə açıq Avropa çempionatı keçirilib. Yarışda 36 ölkədən 257 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Azərbaycan milli komandası çempionatda 16 cüdoçu ilə təmsil olunub. Yığmamız yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub.

Gümüş medalı ölkəmizə "Neftçi İdman Klubu”nun cüdoçusu Tural Səfquliyev (90 kq) qazandırıb. İdmançımız serbiyalı Draqan Beqovic, İtaliya təmsilçisi Luka Qalbiati və yaponiyalı Şoiçiro Mukaini məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə Kanada cüdoçusu Zaçari Burt üzərində inamlı qələbə qazanan Səfquliyev finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada polşalı Pyotr Kuçzeraya məğlub olan cüdoçumuz açıq Avropa çempionatının gümüş medalına layiq görülüb.