Xəbərlər


Cüdoçumız Avropa kubokunun gümüş medalına sahib olub

İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kubokuna yekun vurulub. 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) qatıldığı yarışda Azərbaycan yığma komandası 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunub. Mötəbər turnirdə uğurla çıxış edən millimiz 7 medala (4 qızıl, 2 gümüş, 1 bürünc) yiyələnib və komanda hesabında 1-ci yeri tutub.

"Neftçi İdman Klubu”nun yığmamızın heyətində yer almış yeniyetmə cüdoçusu Knyaz Mahmudlu (66 kq) yalnız finalda məğlub olub və Avropa kubokunun gümüş medalını qazanıb.  

Cüdoçumız Avropa kubokunun gümüş medalına sahib olubCüdoçumız Avropa kubokunun gümüş medalına sahib olub