Xəbərlər


Kiçikyaşlı yeniyetmə cüdoçuların respublika birinciliyi keçirilib

Bakı İdman Sarayında kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi sona çatıb. Üç gün davam edən yarışda 72 klubu təmsil edən 530 idmançı (464 oğlan, 66 qız) qalib adı uğrunda mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu”nun yeniyetmə cüdoçuları da ölkə birinciliyində bacarıqlarını nümayiş etdiriblər. İdmançılarımız 2-si qızıl, 4-ü gümüş və 5-i bürünc olmaqla 11 medala sahib olublar və komanda hesabında 3-cü yeri tutublar.

Oğlanlar arasında 66 kq çəkidə çıxış edən Cəmil Hacıyev bütün rəqiblərindən üstün olub və Azərbaycan çempionu adını qazanıb. Uğur Xəlilov (38 kq), Elton Məmmədov (42 kq) gümüş, Seymur Məcidli (42 kq) və Ramin Abbasov (50 kq) isə bürünc medala layiq görülüblər.

Qızların yarışında Nigar Əliyeva (28 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız final görüşündə məğlub olan Aydan Vəliyeva (28 kq) və Aynur Məmmədova (52 kq) 2-ci yerə çıxıblar. Digər cüdoçularımız Nigar Əlibəyli (44 kq), Nərminə Şirinova (52 kq) və Firuzə Hacıverdiyeva (+63 kq) isə respublika birinciliyini 3-cü yerdə başa vurublar.
Kiçikyaşlı yeniyetmə cüdoçuların respublika birinciliyi keçirilibKiçikyaşlı yeniyetmə cüdoçuların respublika birinciliyi keçirilib