Xəbərlər


Kikboksçularımız 12 medal qazanıblar

Fevralın 11-də Buzovna qəsəbəsində start götürən Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə respublika turniri başa çatıb. Yeniyetmələr arasında keçirilən yarışda 15 komandanın heyətində 170-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.

Klubumuzun kikboksçuları turnirin 12 medalını (7 qızıl, 2 gümüş, 3 bürünc) qazanaraq komanda hesabında birinci yeri tutublar. Təmsilçilərimizdən İmran Bağırov (31 kq), Əlihüseyn Əliyev (33 kq), Bəylər Həmidov (42 kq), Əli Qasımov (45 kq), Hüseyn Tarıverdiyev (51 kq), Məhəmməd Əliyev (54 kq) və Aslan Mikayılzadə (57 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib olublar. Qalib Hüseynli (36 kq), Mirvasif Əliyev (+45 kq) 2-ci, Vaqif Ələkbərov (33 kq), Əliheydər Quliyev (28 kq) və Əlixan İbrahimov (26,5 kq) isə 3-cü yerə çıxıblar.
Kikboksçularımız 12 medal qazanıblarKikboksçularımız 12 medal qazanıblar