Xəbərlər


Qılıncoynadanlarımız respublika birinciliyində

Qılıncoynatma üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi sona yetib. Qılıncoynatma Federasiyasının zalında təşkil olunan yarışda 64 idmançı (36 oğlan, 28 qız) şpaqa və sablya növlərində bacarıqlarını nümayiş etdiriblər.

"Neftçi İdman Klubu”nun təmsilçiləri də birincilikdə mübarizə aparıblar. Sablyaçılarımız 2-si gümüş və 3-ü bürünc olmaqla yarışın 5 medalına yiyələniblər. Oğlanlar arasında Murad Hüseynov gümüş, Murad Əkbərov isə bürünc medala layiq görülüb. Xanım sablyaçılarımızdan Ayla Muradzadə fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Sara Aydəmirova və Ləman Əhmədova isə ölkə birinciliyini 3-cü yerdə başa vurublar.
Qılıncoynadanlarımız respublika birinciliyində