Xəbərlər


Cüdoçularımız “Böyük dəbilqə” turnirində 3 medal qazanıblar

Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə” turnirinə yekun vurulub. 61 ölkədən 412 idmançının (259 kişi, 153 qadın) mübarizə apardığı yarışa yığma komandamız 7 cüdoçu ilə qatılıb.

Azərbaycan millisi mötəbər turnirin 3 medalına sahib olub. Qürurverici haldır ki, ölkəmizə medal qazandırmış cüdoçuların hər üçü "Neftçi İdman Klubu”nun yetirmələrdir.

60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov koreyalı Hyuk Çoini, Qazaxıstan təmsilçisi Qusman Kırqızbayevi və fransalı Vinsent Limareni məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə rəqibinə uduzmuş cüdoçumuz bürünc medal uğrunda Braziliya idmançısı Erik Takabate ilə üz-üzə gəlib. O, bu qarşılaşmada qələbə qazanıb və 3-cü yeri tutub.

66 kq çəkidə ölkəmizi təmsil edən klubun digər yetirməsi Nicat Şıxəlizadə ilk görüşündə çinli Daqa Qinqi məğlubiyyətə uğradıb. Növbəti görüşündə isə Belçika cüdoçusu Qansbekeyə qalib gəlib. Lakin rusiyalı Anzaur Ardova məğlub olan Şıxəlizadə təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə İsrail idmançısı Tal Flikerlə, 3-cü yer uğrunda görüşdə isə kanadalı Antonie Bouçartla qarşılaşmadan qalib ayrılıb və bürünc medala sahib olub.

Klubun 73 kq çəki dərəcəsində çıxış edən cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov bürünc medal uğrunda həlledici qarşılaşmada üz-üzə gəliblər. Hidayət Heydərov komanda yoldaşından daha güclü olub və onu məğlub edərək bürünc medala yiyələnib. Rüstəm Orucov isə "Böyük dəbilqə”ni 5-ci pillədə başa vurub.

Beləliklə, klubumuzun cüdoçuları Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) Paris "Böyük dəbilqə” turnirinin bürünc medallarına layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və "Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Parisdə təşkil olunan mötəbər yarışı canlı izləyiblər və idmançılarımıza dəstək olublar.
Cüdoçularımız “Böyük dəbilqə” turnirində  3 medal qazanıblarCüdoçularımız “Böyük dəbilqə” turnirində  3 medal qazanıblarCüdoçularımız “Böyük dəbilqə” turnirində  3 medal qazanıblar