Xəbərlər


Ermənini məğlub edən güləşçimiz çempion oldu

Rusiyada gənc yunan-Roma güləşçiləri arasında Ryazan vilayətinin açıq birinciliyinə yekun vurulub. Ryazan şəhərində keçirilən və Sovet İttifaqı Qəhrəmanı İ.F.Zaytsevin xatirəsinə həsr olunmuş 44-cü ənənəvi turnirdə 21 komandanın tərkibində 168 idmançı gücünü sınayıb.

"Neftçi İdman Klubu”nun yığmamızın heyətində yer almış yunan-Roma güləşçisi Kamran Mirzəliyev (60 kq) böyük əzmkarlıq nümayiş etdirərək turnirin qalibi adını qazanıb. Gənc pəhləvanımız yarımfinalda Rusiyadan olan erməni əsilli idmançı Vladislav Beqyanı məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici görüşdə rusiyalı Andrey İvanov üzərində inamlı qələbə qazanan Mirzəliyev turnirin qızıl medalına layiq görülüb.