Xəbərlər


Bütün cüdoçularımız mövqelərini qoruyublar

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Yeni siyahı "Neftçi İdman Klubu”nun cüdoçuları üçün uğurlu olub. Təmsilçilərimizin hamısı mövqelərini qoruyublar. Belə ki, 60 kq çəki dərəcəsində Orxan Səfərov yenə 3-cü, İlqar Müşkiyev isə 12-ci pillədə yer alıb. 66 kq-da Nicat Şıxəlizadə 9-cu sıradadır. Rüstəm Orucov (73 kq) 1-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elmar Qasımov 1-ci, Elxan Məmmədov (hər ikisi 100 kq) isə 8-ci pillədə qərar tutub.