Xəbərlər


Boks üzrə respublika çempionatı sona çatıb

Böyüklər arasında boks üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Boks Mərkəzində keçirilən yarışda paytaxt və bölgələrdən 200-ə yaxın idmançı mübarizəyə qoşulub.

Klubumuzun dəri əlcək ustaları da çempionatda qüvvələrini sınayıblar. Boksçularımızdan 52 kq çəkidə çıxış edən Anaxanım Ağayeva bütün döyüşləri qalibiyyətlə başa vuraraq qadınlar arasında respublika çempionu olub. Kişilərin yarışında isə Valeh Nəcməddinov (52 kq) bürünc medala sahib çıxıb.