Xəbərlər


Cüdoçularımız “Alpe Adrea” turnirindən lider kimi ayrıldılar

İtaliyanın Liqnano şəhərində cüdoçuların ənənvi "Alpe Adrea” beynəlxalq turniri sona yetib. Sayca 22-ci dəfə keçirilən festivalda Avropanın müxtəlif ölkələrindən 1046 gənc cüdoçu qalib adı uğrunda yarışıb.

Azərbaycanın gənclərdən ibarət milli komandası böyük əzmkarlıq nümayiş etdirərək turnirin 13 medalına (5 qızıl, 4 gümüş, 4 bürünc) sahib olub. Cüdoçularımız ümumi komanda hesabında 1-ci yeri tutublar.

Millimizin bu uğuru qazanmasında "Neftçi İdman Klubu”nun təmsilçiləri böyük pay sahibi olublar. Belə ki, yığma komandamızın əldə etdiyi medallardan 7-si (1 qızıl, 3 gümüş, 3 bürünc) klubumuzun gənc cüdoçularına məxsusdur. Onlardan 90 kq çəki dərəcəsində mübarizə aparan Aslan Mirzəyev bütün görüşləri qələbə ilə tamamlayıb və "Alpe Adrea” beynəlxalq turnirinin qalibi adını qazanıb. Yalnız finalda məğlub olan Natiq Qurbanlı (60 kq), Naim Hüseynov (81 kq), Azər Yaqubov (90 kq) gümüş, Murad Heydərli (60 kq), Vüsal Cəmilzadə (73 kq) və Samir Ağayev (81 kq) isə bürünc medala layiq görülüblər.