Xəbərlər


Cüdoçular arasında daha bir yarış keçirildi

On beş yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər birinciliyinə yekun vurulub. "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan və iki gün davam edən (26-27 yanvar) yarışda 400-dən artıq yeniyetmə cüdoçu mübarizə aparıb.

Paytaxt birinciliyinə "Neftçi İdman Klubu”nun kiçikyaşlı cüdoçuları da qatılıblar. Təmsilçilərimiz 2-si qızıl, 3-ü gümüş və 7-si bürünc olmaqla, yarışın 12 medalına yiyələniblər. Onlardan 46 kq çəki dərəcəsində mübarizə aparan Əlihümbət Qafarov və Vüqar Talıbov (60 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.