Xəbərlər


Boksçularımız Bakı birinciliyində

2001-2002-ci illər təvəllüdlü yeniyetmələr arasında boks üzrə açıq Bakı birinciliyi sona çatıb. Boks Mərkəzində təşkil olunan yarışda 158 dəri əlcək ustası bacarığını nümayiş etdirib.

Klubumuzun boksçularından beşi mükafatçılar arasında yer alıb. Onlardan Afət Babayev (48 kq) və Ədalət Sayılov gümüş, Röyal Buludov (52 kq), Samir Nəsirov (57 kq) və Əmri Novruzov (75 kq) isə bürünc medala layiq görülüb.