Xəbərlər


XXIII Spartakiada davam edir

Xəbər verdiyimiz kimi, sentyabrın 7-də neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadası öz işinə başlayıb. 31 komandanın qatıldığı yarışlarda həyəcan davam edir.

Spartakiadanın ilk günü atletika, dünən isə üzgüçülük yarışlarına yekun vuruldu. Bu gündən etibarən voleybol, stritbol və şahmat növləri üzrə yarışlara start verildi. Sabah isə dama yarışlarının keçirilməsinə başlanılacaq. Spartakiadanın başladığı gün startı verilmiş mini-futbol turniri hələ də davam etməkdədir.

Artıq atletika və üzgüçülük yarışlarında qaliblər müəyyən olundu və bu gün onların mükafatlandırılması mərasimi gerçəkləşdi.

Atletikanın ailə yarışlarında oğlanlar arasında Gəncəliyevlər ailəsi (Heydər Əliyev adına NEZ), qızlar arasında isə Əsədovlar ailəsi ("Neft Daşları” NQÇİ) qalib adını qazandı. Yerindən tullanmada kişilərin yarışında Şahin Cahangirov (Heydər Əliyev adına NEZ), qadınlar arasında isə Rəhimə Əhmədova ("Neft Daşları” NQÇİ) lider oldu. 100 metr məsafəyə qaçışda kişilərdən Elçin Məmmədov (Heydər Əliyev adına NEZ), qadınlardan isə Zərifə Məmmədova (Neft Kəmərləri İdarəsi) hamıdan üstün nəticə göstərdi. Qaçaraq tullanma yarışlarında Elçin Məmmədov (Heydər Əliyev adına NEZ), qadınlar arasında isə Rəhimə Əhmədova ("Neft Daşları” NQÇİ) 1-ci yeri tutdu. Nüvəitələmə növündə kişilərdən Elvin Cəfərov, zərif cinsin nümayəndələrindən isə Lalə Bədəlova (hər ikisi Heydər Əliyev adına NEZ) qalib adını qazandı.

Üzgüçülük yarışında kişilər arasında Rişad Zeynalov (Heydər Əliyev adına NEZ), qadınlardan isə Olqa Okunova ("Neft Daşları” NQÇİ) liderliyə yüksəldi.

XXIII Spartakiada davam edirXXIII Spartakiada davam edirXXIII Spartakiada davam edir
XXIII Spartakiada davam edir
XXIII Spartakiada davam edir
XXIII Spartakiada davam edir
XXIII Spartakiada davam edir
XXIII Spartakiada davam edir
XXIII Spartakiada davam edir