Xəbərlər


Samboçularımız paytaxt birinciliyini 15 medalla başa vurdular

Hövsan Olimpiya İdman Kompleksində 1999-2000-ci illər təvəllüdlü yeniyetmələr arasında sambo üzrə Bakı birinciliyi keçirilib. Yarışda 10 çəki dərəcəsi üzrə 165 idmançı qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nun samboçuları birincilikdə əzmlə mübarizə apararaq 15 medal (4 qızıl, 6 gümüş, 5 bürünc) qazanıblar. Yeniyetmə idmançılarımızdan 52 kq çəkidə çıxış edən Kənan Babayev, Emin Haqverdiyev (60 kq), Mikayıl Aqui (65 kq) və Aslan Qasımov (75 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq paytaxt çempionluğunun sevincini yaşayıblar.