Xəbərlər


13 yaşadək cüdoçuların Bakı birinciliyinə yekun vuruldu

Yanvarın 24-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində start götürmüş cüdo üzrə Bakı şəhər birinciliyinə yekun vurulub. 13 yaşadək cüdoçular arasında keçirilən yarışda 43 komandadan 420 idmançı mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu”nun təmsilçiləri paytaxt birinciliyinin 10 medalını (3 qızıl, 5 gümüş, 2 bürünc) qazanıblar. Kiçikyaşlı cüdoçularımızdan 42 kq çəki dərəcəsində mübarizə aparan Nahid Tarquliyev məğlubiyyət tanımayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qızlar arasında təşkil olunan yarışda isə Aydan Vəliyeva (28 kq) və Aysel Şəfiyeva (40 kq) eyni uğuru təkrarlayaraq qızıl medallara layiq görülüblər.
13 yaşadək cüdoçuların  Bakı birinciliyinə yekun vuruldu13 yaşadək cüdoçuların  Bakı birinciliyinə yekun vuruldu
13 yaşadək cüdoçuların  Bakı birinciliyinə yekun vuruldu