Xəbərlər


Cüdoçuların yeni reytinq cədvəli açıqlanıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

"Neftçi İdman Klubu”nun cüdoçularından 60 kq çəki dərəcəsində lider olan Orxan Səfərov 2 pillə geriləyərək 3-cü sırada qərarlaşıb. 66 kq-da Nicat Şıxəlizadə 9-cu yerdədir. Rio Olimpiya Oyunlarının gümüş medalçısı Rüstəm Orucov (73 kq) isə liderliyini davam etdirir. Əbdülhəqq Rəsullu (84 kq) 7 pillə geriləyib və 64-cü sıraya düşüb. 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev 20-ci yerdədir. 100 kq-da isə Elmar Qasımov liderliyini qoruyub saxlayıb.