Xəbərlər


Taekvondo üzrə respublika çempionatı keçirilib

 

Böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatı sona çatıb.

Klubumuzun yarışda iştirak edən və öz aktivlikləri ilə seçilən taekvondoçuları 3 qızıl, 1 bürünc medal qazanıblar və komanda hesabında 2-ci yeri tutublar. İdmançılarımızdan Məmmədalı Quliyev (63 kq) və Vladislav Subbotin (80 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq ölkə çempionu tituluna sahib olublar. Qadınların mübarizəsində 46 kq çəkidə çıxış edən Nərminə Məmmədova qızıl medala yiyələnib. Günay Ağakişiyeva (62 kq) isə çempionatı 3-cü sırada tamamlayıb.

Qeyd edək ki, bugünlərdə Rusiyanın Tver şəhərində keçirilən beynəlxalq turnirdə də yeniyetmə və gənc taekvondoçularımız uğurla çıxış etmişdilər. Belə ki, yeniyetmələrdən Eynulla Şahbazov (45 kq) və Zəhra Məmmədova (51 kq), gənclər arasında isə İbrahim Qədimov (45 kq) turnirin bürünc medallarını qazanmışdılar. Komanda yarışında da taekvondoçularımız 3-cü yerə çıxmışdılar.

Taekvondo üzrə respublika çempionatı keçirilibTaekvondo üzrə respublika çempionatı keçirilibTaekvondo üzrə respublika çempionatı keçirilib

Taekvondo üzrə respublika çempionatı keçirilib