Xəbərlər


Sablyaçılarımız Bolqarıstanda 2 medal qazandılar

Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatmanın sablya növü üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan, Türkiyə, Rumıniya, İraq və Bolqarıstandan 25 idmançı öz bacarığını nümayiş etdirib.

"Neftçi İdman Klubu”nun sablyaçılarından Cavanşir Ağakişiyev bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qalibi adını qazanıb. Nərminə Cəfərova isə zərif cinsin nümayəndələri arasında təşkil olunan yarışda bürünc medala layiq görülüb.