Xəbərlər


Qılıncoynadanlarımız 6 medal qazandılar

Gənclər arasında qılıncoynatma üzrə respublika birinciliyinə yekun vurulub. Qılıncoynatma Federasiyasının zalında keçirilən yarışda klubumuzun yetirmələri 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə ediblər. Sablyaçı qızlar arasında Fatimə İbrahimova rəqib tanımayaraq ölkə çempionu adını qazanıb. Nərminə Cəfərova 2-ci, Ləman Əhmədova isə 3-cü yerə çıxıb.

On iki sablyaçının mübarizə apardığı oğlanların yarışında isə təmsilçimiz Xalid Əsədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavanşir Səfərov gümüş, Cavanşir Ağakişiyev isə bürünc medala layiq görülüb.

Qılıncoynadanlarımız 6 medal qazandılarQılıncoynadanlarımız 6 medal qazandılar