Xəbərlər


Güllə atıcılarımız paytaxt çempionatında

Yanvarın 13-də startı verilmiş güllə atıcılığı üzrə Bakı şəhər çempionatı sona yetib. Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda 50-ə yaxın idmançı bacarığını nümayiş etdirib.

"Neftçi İdman Klubu”nun təmsilçiləri paytaxt çempionatının 9 medalına (3 qızıl, 3 gümüş, 3 bürünc) sahib olublar. Kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında Ruslan Lunyov 383 xalla liderliyə yüksəlib. Rəsul Məmmədov (565 xal) isə gümüş medala layiq görülüb. 50 metr məsafədə (KÇTÇ-4) Rəsul Məmmədov 526 xal toplayaraq çempion adını qazanıb. Elvin Astanov (502 xal) isə 3-cü yeri tutub.

Zərif cinsin nümayəndələrindən Zərifə Qasımova 10 (PTÇ-2) və 25 metr (KÇTÇ-3) məsafələrə atəşaçma yarışlarında gümüş medala yiyələnib. Lalə Mirzəzadə 10 metrdə, Leyla Mirzəzadə isə 25 metrdə bürünc medala sahib olublar. Pnevmatik tüfəngdən (PT-3) 10 metr məsafəyə atəşaçma yarışında isə klubun yetirməsi Xəyalə Hüseynli 401 xalla paytaxt çempionatın qalibi adını qazanıb.