Xəbərlər


Cüdo üzrə Bakı birinciliyi başa çatıb

"Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub. Gənclər arasında təşkil olunan və yeni qaydalarla keçirilən yarışa 200-ə yaxın cüdoçu qatılıb.

"Neftçi İdman Klubu”nun yetirmələrindən Aytac Quluzadə (44 kq) və Cəmalə Muqumova (70 kq) qızlar arasında keçirilən yarışda rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Oğlanların yarışında isə Emin Hüseynov (48 kq) və Cavid Muradov (90 kq) paytaxt birinciliyinin qalibi adını qazanıblar. Yalnız finalda məğlub olan Elvin Abbasov (100 kq) gümüş medala layiq görülüb. Elvar Abbasov (73 kq) və İsmayıl Ağakişiyev (90 kq) isə yarışı 3-cü yerdə başa vurublar.