Xəbərlər


Güləş üzrə Azərbaycan çempionatına yekun vuruldu

Bakı İdman Sarayında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə respublika çempionatı başa çatıb.

"Neftçi İdman Klubu”nun bu gün xalça üzərinə çıxan yunan-Roma güləşçilərindən Mehrac Kərimov (75 kq) və İslam Abbasov (85 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xatırladaq ki, yarışın ilk iki günündə klubun sərbəst güləşçiləri Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (61 kq) də çempionatın qızıl medalını qazanmışdılar.