Xəbərlər


Güləş üzrə respublika çempionatı davam edir

Yanvarın 11-də Bakı İdman Sarayında start götürmüş sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyət, klub və təşkilatların, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan güləşçilər qüvvələrini sınayırlar.

"Neftçi İdman Klubu”nun pəhləvanları da çempionatda mübarizə aparırlar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda klubun sərbəst güləşçilərindən 57 kq çəki dərəcəsində çıxış edən Mahir Əmiraslanov bütün görüşləri qələbə ilə başa vuraraq çempionatın qalibi adını qazanıb. Digər sərbəst güləşçimiz Hacı Əliyev (61 kq) də eyni uğura imza atıb.