Xəbərlər


”Neftçi İdman Klubu” ”İlin ən yaxşı idman təşkilatı”dır

Azərbaycanın müstəqillik qazanmasından elə böyük vaxt ötməsə də, tarixi baxımdan bu qısa müddət ərzində özümüzü dünya xəritəsində inkişafda olan, dinamik, müasir ölkə kimi təsdiq edə bilmişik. İqtisadi cəhətdən sürətlə inkişaf etməkdə olan dövlətimizin göstərdiyi qayğı sayəsində Azərbaycan idmanı da yüksək inkişaf səviyyəsinə çatıb. Son vaxtlar ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər hər bir azərbaycanlı kimi bizləri də sevindirir. Paytaxt və bölgələrdə beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir ki, bunlar da yüksək səviyyəli idmançılar hazırlamaq imkanına malikdirlər. Azərbaycan Respublikasının dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında bu sahədə aparılan düşünülmüş, məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın tanınmış idman ölkələrindən birinə çevrilib. Son illər müxtəlif səviyyəli beynəlxalq yarışların ölkəmizdə keçirilməsi və idmançılarımızın ən mötəbər turnirlərdə əldə etdiyi böyük uğurlar, eləcə də birinci Avropa Oyunlarının respublikamızda təşkil olunması söylədiklərimizin əyani sübutudur. Artıq beynəlxalq qurumlar da tərəddüd etmədən irimiqyaslı yarışların keçirilməsini Azərbaycana həvalə edirlər.

"Neftçi İdman Klubu” İctimai Birliyi daim dövlətimizin bu istiqamətdə apardığı siyasətə öz əməli ilə dəstək verməyə çalışan öncül təşkilatlardandır. Belə ki, klub mütəmadi olaraq, neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.

Geriyə boylansaq, 2016-cı ilin klubumuz üçün uğurlu olduğunu söyləyə bilərik. Bu müddət ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 35 növü üzrə 152 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də 700-ə yaxın neftçi idmanla məşğul olmuşdur.

«Neftçi İdman Klubu»nun fəaliyyətinin əsas istiqaməti kimi,SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ötən müddət ərzində voleybol, mini-futbol (Novruz bayramı, 28 May – Respublika Günü və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnirlər), şahmat,«Səmti müəyyən etmə» və «Atam, anam və mən» (1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri, eləcə də spartakiada təşkil olunub keçirilmişdir ki, bu yarışlarda da 1900-dən çox neftçi iştirak etmişdir.

İdmanın kütləviləşməsi, sağlam gəncliyin formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli qeyd olunanı isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər günü) ərəfəsində təşkil olunan spartakiadadır. 2016-cı ildə klubumuz tərəfindən neft, qaz və kimya sənayesi işçilərinin XXIV Spartakiadası keçirilmişdir. Yarışda 29 müəssisədən olan komandaların tərkibində 1241 iştirakçı mübarizə aparmışdır ki, onlardan da 235-i qadınlar idi. Spartakiadada 14 idman növü (atletika, mini-futbol, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə yarışlar təşkil olunmuşdur.

Klubun digər fəaliyyət istiqaməti olan böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlar əldə edilmişdir. Azərbaycanın müstəqillik dönəmindən indiyə qədər idmançılarımız Atlanta, Sidney, Afina, Pekin, London və Rio de Janeyro olimpiadalarında iştirak etmiş və ölkəmizə medallarla dönmüşlər. Bununla bərabər, klubun yetirmələri müxtəlif səviyyəli beynəlxalq yarışlarda mütəmadi olaraq, ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı göylərə ucaltmaqda davam edirlər. Təkcə 2016-cı il ərzində idmançılarımız 1150 medal qazanmışlar ki, onlardan da 422-si qızıl, 329-u gümüş,399-u isə bürüncdür.

Avqustun 5-dən 21-dək Braziliyanın Rio de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında dünyanın 206 ölkəsini təmsil edən 11000-dən çox idmançı 28 idman növü üzrə 306 medal dəsti uğrunda mübarizə apardılar.

Azərbaycan Olimpiya komandası bu mötəbər yarışda idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunurdu ki, onlardan da 14-ü "Neftçi İdman Klubu”nun yetirmələri idi. Azərbaycan yığma komandasının heyətində klubumuzun cüdoçuları Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehtiyev (90 kq), yunan-Roma güləşçiləri Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), sərbəst güləşçilər Hacı Əliyev (57 kq), Toğrul Əsgərov (65 kq), yüngül atlet Nazim Babayev, boksçu Pərviz Bağırov, qılıncoynadan Sabina Mikina və güllə atıcısı Ruslan Lunyov yer almışdı. Bu idmançılardan beşi böyük əzmkarlıq nümayiş etdirərək Yay Olimpiya Oyunlarının medalını qazandılar. Cüdoçular Rüstəm Orucov və Elmar Qasımov Rio Olimpiadasında gümüş medala sahib oldular. Güləşçilərimizdən Toğrul Əsgərov (sərbəst güləş) gümüş, Hacı Əliyev (sərbəst güləş) və Rəsul Çunayev (yunan-Roma güləşi) isə bürünc medala yiyələndilər.

Paralimpiyaçılarımız da böyük əzmkarlıq nümayiş etdirərək bu uğurun davamını gətirməyə müvəffəq oldular. Belə ki, Rioda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında klubun cüdoçularından Ramil Qasımov (73 kq) qızıl, Bayram Mustafayev (66 kq) gümüş, Rövşən Səfərov (81 kq) isə bürünc medala layiq görüldülər. Bundan əlavə, atletika yarışlarında Kamil Əliyev (gümüş), üzgüçülük idman növündə isə Dmitri Saley (2 gümüş) və Roman Saley (gümüş) Rio Paralimpiadasının mükafatçıları arasında yer aldılar.

2016-cı ildə təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də yüksək nailiyyətlər əldə olunmuşdur. Belə ki, yüksək liqada çıxış edən kişilərdən ibarət voleybol və çimərlik voleybolu komandalarımız, eləcə də qadınlardan ibarət basketbol komandamız ölkə çempionu olmuşdur. Futzal komandamız sonuncu Azərbaycan çempionatında 3-cü yerə çıxmışdır. Bundan əlavə, futbol üzrə ölkə çempionatının birinci divizionunda çıxış edən «Qaradağ Lökbatan» komandası mövsümü 2-ci yerdə başa vurmuşdur. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə futbol üzrə dörd yaş qrupunda keçirilən Bakı şəhər klub komanda birinciliyində klubumuz bütün yaş qruplarında təmsil olunmuşdu. «Neftçi İdman Klubu»nun komandaları müxtəlif yaş qruplarında Azərbaycan və Bakı birinciliklərində, eləcə də Bakı Futbol Federasiyasının təşkil etdiyi «Sabahın ulduzları» paytaxt çempionatında çıxışlarını uğurla davam etdirirlər. Böyük əzmlə mübarizə aparan 2006-cı il təvəllüdlülərdən ibarət komandamız AFFA-nın təşkil etdiyi U-10 Liqasının qalibi adını qazanmışdır.

Sadalanan bu uğurlar il ərzində klubun qazandığı nailiyyətlərin cüzi bir hissəsidir. Əldə etdiyi yüksək nailiyyətlər sayəsində klubumuz Gənclər və İdman Nazirliyi tərəfindən "İlin ən yaxşı idman təşkilatı” adına layiq görülmüşdür. Bütün bu göstəricilər «Neftçi İdman Klubu»nun ölkədə lider idman cəmiyyəti olmasının açıq təzahürüdür.

Ancaq biz qazanılan bu uğurlarla kifayətlənmirik. Əksinə, daha yüksək nailiyyətlər əldə etmək üçün inamla, əzmlə çalışaraq irəliyə doğru addımlamaqda qərarlıyıq.

Hazırda əsas hədəfimiz bu il Azərbaycanda təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına daha yaxşı hazırlaşmaq və yarışda ölkəmizi layiqincə təmsil etməkdir. Məqsədimizə çatmaq üçün var gücümüzlə çalışır və bu istiqamətdə bütün qüvvələrimizi səfərbər etmişik.

Təbii ki, bu uğurların əldə olunmasında SOCAR-ın prezidenti Rövnəq Abdullayevin idmançılarımıza mütəmadi olaraq göstərdiyi diqqət və qayğının danılmaz rolu vardır. Məhz onun yaxından köməkliyi sayəsində idmançılarımız üçün hər cür şərait yaradılmışdır və təbii ki, uğura aparan yolun əsas sirlərini də elə burada axtarmaq lazımdır.

”Neftçi İdman Klubu” ”İlin ən yaxşı idman təşkilatı”dır”Neftçi İdman Klubu” ”İlin ən yaxşı idman təşkilatı”dır”Neftçi İdman Klubu” ”İlin ən yaxşı idman təşkilatı”dır”Neftçi İdman Klubu” ”İlin ən yaxşı idman təşkilatı”dır”Neftçi İdman Klubu” ”İlin ən yaxşı idman təşkilatı”dır

”Neftçi İdman Klubu” ”İlin ən yaxşı idman təşkilatı”dır
”Neftçi İdman Klubu” ”İlin ən yaxşı idman təşkilatı”dır
”Neftçi İdman Klubu” ”İlin ən yaxşı idman təşkilatı”dır
”Neftçi İdman Klubu” ”İlin ən yaxşı idman təşkilatı”dır
”Neftçi İdman Klubu” ”İlin ən yaxşı idman təşkilatı”dır
”Neftçi İdman Klubu” ”İlin ən yaxşı idman təşkilatı”dır
”Neftçi İdman Klubu” ”İlin ən yaxşı idman təşkilatı”dır