Xəbərlər


Atletika üzrə Bakı çempionatı keçirilib

Respublika Olimpiya Mərkəzində atletika üzrə paytaxt çempionatına yekun vurulub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan yarışda 8 klubdan 108 atlet qalib adı uğrunda mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu”nun təmsilçilərindən Zəkiyyə Həsənova 200 metr, Lidiya Salixova isə 400 metr məsafəyə qaçış yarışlarında çempion adını qazanıblar. Klubun digər atleti Aleksandra Biryukova hündürlüyə tullanmada eyni uğuru təkrarlayıb. Kişilər arasında isə Azər Əhmədov hündürlüyə tullanma yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.