Xəbərlər


Beş yunan-Roma güləşçimiz ilk onluqda yer alıb

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən, 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçilərindən beşi ilk onluğa daxil olub. Təbii ki, bu göstərici klubumuz üçün böyük uğur sayılmalıdır. Təmsilçilərimizdən Rio Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayev (66 kq) və dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) reytinq cədvəlində 3-cü pillədə yer alıblar. Klubun ilk onluğa daxil olan digər güləşçilərindən Rövşən Bayramov (59 kq) 6-cı, Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) isə 8-ci sırada qərarlaşıblar.