Xəbərlər


Şahmatçımız beynəlxalq turnirin qalibi olub

"Neftçi İdman Klubu”nun şahmatçısı Eltac Səfərli İsveçrənin Bazel şəhərində keçirilən beynəlxalq turnirin qalibi adını qazanıb. 107 zəka sahibinin mübarizə apardığı Beynəlxalq Şahmat Festivalında təmsilçimiz 9 turun nəticələrinə görə 7 xal toplayaraq liderliyə yüksəlib. Eltac Səfərli çinli Cin Şi Bay və fransalı Kristian Bauerlə eyni xal toplasa da, əlavə göstəricilərə görə qalib elan olunub.