Xəbərlər


Sərbəst güləşçilərimiz Toğrul Əsgərov və Hacı Əliyev ilk onluqda

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

"Neftçi İdman Klubu”nun sərbəst güləşçilərindən Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı Toğrul Əsgərov (65 kq) reytinqdə 2-ci pillədə yer alıb. Olimpiadanın bürünc medalına sahib olmuş Hacı Əliyev (61 kq) isə reytinq cədvəlində 3-cü sırada qərarlaşıb.