Xəbərlər


Voleybol komandamız liderliyini davam etdirir

Kişi voleybolçular arasında Azərbaycan çempionatının II dövrəsinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun komandası bu dövrədə də uğurlu çıxışını davam etdirib. Belə ki, voleybolçularımız "Naxçıvan”, "Sumqayıt” və "Nəqliyyatçı” komandalarının hər birini 3:0, MOİK-i isə 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Yalnız sonuncu – X turda "Lokomotiv”ə 2:3 hesabı ilə məğlub olan komandamız II dövrədə də liderliyini qoruyub. Mövsüm ərzində 10 oyundan 9-da qələbə qazanan, yalnız 1 qarşılaşmadan məğlub ayrılan komandamız hazırda 28 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, dairəvi sistemlə keçirilən yarışda növbəti dövrənin fevral ayında təşkil olunması nəzərdə tutulub. Yekunda ilk "dördlük” mart ayında keçiriləcək yarımfinala vəsiqə qazanacaq. Final qarşılaşması isə apreldə gerçəkləşəcək.