Xəbərlər


"Neftçi İdman Klubu” İctimai Birliyi ilin ən yaxşı idman təşkilatı oldu

Bu gün "Buta Palace"da 2016-cı ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, müxtəlif federasiyaların rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.
Tədbir zamanı bir sıra nominasiyalar üzrə mükafatlar təqdim olunub. Fərəhli haldır ki, "İlin ən yaxşı idman təşkilatı" adına "Neftçi İdman Klubu" İctimai Birliyi layiq görülüb.