Xəbərlər

Neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasına start verildi

"Neftçi İdman Klubu” ilin əlamətdar günlərində neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. İdmanın kütləviləşməsi, gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən biri də hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər Günü) ərəfəsində keçirilən Spartakiadadır.
Bu il neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadası keçirilir. Tədbirdə 31 müəssisənin komandası iştirak edir. Bu mötəbər yarışda iştirakçılar 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə mübarizə aparacaqlar. Yarışlar Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində, üzgüçülük növündə «Start» İdman Kompleksində («Neftçilər» metrosunun yaxınlığında), atletika növü üzrə isə Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına Təlim-İdman Bazasında keçiriləcək. Sentyabrın 7-də start götürmüş Spartakiada ayın 13-də öz işini sona çatdıracaq.
Spartakiadanın təntənəli açılış mərasimi sentyabrın 8-də saat 16:00-da Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçiriləcək.

Neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasına start verildiNeft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasına start verildiNeft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasına start verildiNeft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasına start verildi