Xəbərlər


Boksçumuz Pərviz Bağırov dünya kubokuna sahib oldu

Rusiyanın Nijnevartovsk şəhərində Sibir neftini kəşf edən, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun xatirəsinə həsr olunmuş neft ölkələri arasında boks üzrə dünya kuboku yarışlarına yekun vurulub.

14 ölkədən 130 idmançının qatıldığı turnirdə "Neftçi İdman Klubu”nun dəri əlcək ustası, 69 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov böyük uğura imza atıb. Boksçumuz nümayiş etdirdiyi əzmkarlıq sayəsində bütün döyüşləri qələbə ilə başa vurub və dünya kubokuna sahib olub.

Qeyd edək ki, qızıl medala layiq görülən boksçular, həmçinin beynəlxalq dərəcəli idman ustası adını da qazanıblar.