Xəbərlər


Samboçumuz Hacalı Qasımov dünya çempionu oldu

Kiprin Limassol şəhərində kiçikyaşlı yeniyetmələr arasında sambo üzrə dünya birinciliyi keçirilib. Yarışda 21 ölkənin idmançıları qalib adı uğrunda mübarizəyə qoşulublar.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış samboçusu Hacalı Qasımov böyük uğura imza atıb. 42 kiloqram çəki dərəcəsində çıxış edən Səhliman Ağayevin yetirməsi finaladək inamla irəliləyib. Həlledici görüşdə idmançımız Ermənistan təmsilçisinə qalib gəlib və dünya çempionu adını qazanıb.