Xəbərlər


Damaçılarımız Kranevoda 2 medal qazandılar

Bolqarıstanın Kranevo şəhərində 64 xanalı dama üzrə gənclər arasında dünya birinciliyi keçirilib. İsveçrə sestemi ilə keçirilən yarışa 10 ölkədən 250-yə qədər idmançı qatılıb.

Sürətli dama proqramında 19-23 yaşlı gənclər arasında "Neftçi İdman Klubu”nun yetirməsi Zeynal Rəşidli 3-cü yeri tutub. Avropa çempionu Ülkər Babanlı isə 10 yaşadək qızlar arasında klassik proqramda məğlubiyyət tanımayıb. O, 16 nəfər arasında 7 oyunda 9 xal toplayaraq bürünc medal qazanıb.