Xəbərlər


Cüdoçularımız 15 medal qazandılar

Dekabrın 9-da Bakı İdman Sarayında start götürmüş yeniyetmələr arasında cüdo üzrə respublika birinciliyinə yekun vurulub. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 69 komandanın tərkibində 500-dən çox cüdoçu mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun yetirmələri də yarışda təmsil olunublar. Yeniyetmə cüdoçularımız ölkə birinciliyinin 15 medalına (3 qızıl, 7 gümüş, 5 bürünc) sahib olublar. Oğlanlar arasında 66 kq çəkidə çıxış edən Qnyaz Mahmudlu bütün rəqiblərini məyus edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elxan Əkbərov (50 kq), Davud Abbaslı (60 kq), Rişad Xanlarzadə (90 kq) və Camal Feyziyev (+90 kq) gümüş, Nəriman Mirzəyevlə (55 kq) İbrahim Ağakişiyev (81 kq) isə bürünc medala layiq görülüblər. Xanım cüdoçularımızdan Fəridə Səfərova (52 kq) və Fidan Hüseynova (63 kq) ölkə çempionu adını qazanıblar. Yalnız finalda məğlub olan Ülviyyə Bayramova (48 kq), Əsmər İskəndərzadə (52 kq) və Cəmalə Muqumova gümüş medala yiyələniblər. Klubun digər cüdoçuları Nigar Əzimova (48 kq), Məleykə Məmmədova (52 kq) və Fidan Vəliyeva (57 kq) isə yarışı üçüncü yerdə başa vurublar.

Qeyd edək ki, birinciliyin ən güclüləri cüdo üzrə yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb ediləcəklər.